Modern.az

Vətəndaşlar su, qaz və işıqdan qənaətlə istifadə etsinlər! - Komitə sədrindən çağırış 

Vətəndaşlar su, qaz və işıqdan qənaətlə istifadə etsinlər! - Komitə sədrindən çağırış 

Parlament

17 Aprel 2024, 11:40

"İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif  formada təsir edir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Onun sözlərinə görə, bunların sırasında sağlamlıq, xüsusi ilə də reproduktiv sağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi, sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeyd etmək olar.

 

“Artıq beynəlxalq ictimaiyyət səviyyəsində etiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesin sosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarına təsirini qiymətləndirmədən, ümumilikdə qadın və kişilərin bərabər iştirakı olmadan mümkün deyil. Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Ətraf mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir”, - o bildirib.

 

Komitə sədri vurğulayıb ki, hər bir ailədə su, qaz, elektrik enerjisindən qənaətlə istifadə olunmalıdır: “Ətraf mühiti qorumalıyıq. Biz ailədə böyüyən uşaqlarımıza da bunları öyrətməliyik. Bütün bunlar məişət mədəniyyətinin, ekoloji mədəniyyətin formaşamasına səbəb olacaqdır. Bu isə insanların ekoloji problemlərə daha ehtiyatla yanaşması, təbiətlə harmoniyada yaşaması deməkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!