Modern.az

Təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edir - VİDEO

Təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edir - VİDEO

Qarabağ

20 İyun 2017, 11:57

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir.

 

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

 

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!