Modern.az

Azərbaycan faktaraşdırıcı missiyanın Qarabağa gəlməsi üçün müraciət edib

Azərbaycan faktaraşdırıcı missiyanın Qarabağa gəlməsi üçün müraciət edib

Qarabağ

26 Mart 2018, 15:56

"İşğal olunmuş torpaqlarda Azərbaycanın tarixi memarlıq abidələri, bizim mirasımız müflisləşərək qalır".

 

Modern.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, orada gedən proseslər onların nə qorunmasına nə bərpasına, nə də mühafizə olunmasına imkan verir:

 

"İşğalçı qonşularımız tərəfindən bu məkanlar dağıdılır, özünikiləşdirilir, onların tarixi dəyişdirilir. Və biz təəssüflər olsun ki, bu gün ciddi hərəkətə keçə bilmirik. Azərbaycan tərəfindən ərazi bütövlüyü bərpa edildikdən sonra biz bu işlərlə ciddi məşğul olacağıq. Buna baxmayaraq biz bu məsələləri beynəlxalq ictimaiyyət qarşısında qaldırırıq. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. İşğalçı siyasət həyata keçirən Ermənistan tərəfindən bu missiyaların həyata keçirilməsi üçün əngəllər törədilir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!