Modern.az

Ermənistan hərbçisi güllə yarasından öldü

Ermənistan hərbçisi güllə yarasından öldü

11 Fevral 2019, 23:32

Bu gün Ermənistanın hərbi hissələrindən birində müqavilə ilə xidmət edən əsgər öldürülüb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.

 

Hovhannisyanın sözlərinə görə, 1985-ci il təvəllüdlü əsgər Mesrop Qriqoryan Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin mühafizə zonasında güllə yarasından ölüb.

 

Hovhannisyan əlavə edib ki, müqaviləli hərbçinin ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.

 

Nəşrdə qeyd olunub ki, 1 yanvar gecəsi erməni əsgəri Edqar Qriqoryan da güllə yarasından ölüb, lakin Müdafiə Nazirliyi və ölkənin İstintaq komitəsi bu barədə açıqlama verməyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!