Modern.az

Qarabağda erməni əsgəri yaralandı

Qarabağda erməni əsgəri yaralandı

4 Fevral 2020, 09:57

İşğal altındakı Qarabağ bölgəsində növbəti silahlı insident baş verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi hissələrdən birində hərbi qulluqçu Artur Dallakyan (2000-ci il) güllə yarası alıb. 

İnsidentin baş verdiyini təsdiqləyən Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan əsgərin öz ayağına təsadüfən güllə vurduğunu və vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü