Modern.az

“Qarabağda erməni qaldıqca, başımız ağrıyacaq” - Veteranların rəhbəri

“Qarabağda erməni qaldıqca, başımız ağrıyacaq” - Veteranların rəhbəri

Qarabağ

22 Dekabr 2020, 12:52

Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən əsir götürülən əsgərlərimizin, mülki şəxslərin başına nələr gətirildiyindən hər birimiz xəbərdarıq. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları əsir və girovluqda olanların üzərində davam etdirilirdi. Yüzlərlə azərbaycanlı əsir və girovluqdan xilas edilsə belə, bu hadisənin travmasını ömrü boyu daşımağa məcbur olub. Belə soydaşlarımızın bəziləri azad ediləndən sonra başına gətirilən müsibətlərə dözə bilməyərək, ölüb. Azərbaycanlı əsir və girovlara işgəncə verilməsini əks etdirən kadrlar erməni vəhşiliyinin nümunəsi kimi bu gün də yayımlanır.

 


44 günlük Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşında Azərbaycan əsgəri humanizmi ilə dünyaya da, vəhşiliyi sayəsində beynəlxalq ictimaiyyətin nifrətini qazanan ermənilərə də dərs keçməyi bacardı. Azərbaycan əsgərlərinin erməni əsirlərə qarşı bəlkə də ən qəddar münasibəti onlara “Qarabağ Azərbaycandır” dedirtməsi, “Cücələrim” mahnısını ifa etdirməsi oldu. Bu qədər! Videolara baxın, hər bir erməni əsirinin əyin-başı qaydasında, qidalanması yerində, heç bir zorakılıq əlaməti yox…

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də əsgərlərimizin mədəniyyəti, humanizmi ilə bütün dünyaya dərs keçdiyini düşünür.



O, erməni xislətini bircə məsəllə izah edib - sən vuranda qan, mən vuranda su çıxır:


"Erməni xisləti haqqında mənim çoxlu çıxışlarım olub. Erməni şeytandan sonra yaranmış toplumdur. Mən ona nə xalq, nə də millət deyirəm. İnsanlara məxsus nə qədər mənfi xüsusiyyət varsa, ermənilərdə cəmləşib. Bir erməni alimi deyirdi ki, məkirlik bizə ana bətnində verilib. Özləri bunu etiraf ediblər. Birinci Qarabağ savaşında onların törətdiyi vəhşiliklər ağılasığmazdır. Xocalıdan öncə Daşaltı əməliyyatında biz bir əsirimizin nəşini aldıq. Onlar həmin meyitin barmaqlarını kəsib, bizə o cür təhvil vermişdilər. Bu da onların meyitə olan rəftarını göstərir. Onlar daşdan da, qayadan da heyif çıxırlar. Xocalıda hamilə qadınların qarınlarını yarıb, ora pişik balalarını doldurmaqları, 14 yaşlı qız uşaqlarını doğrayıb, dərisini soymaları onların törətdiyi vəhşiliyin bariz nümunəsidir".

 

F.Rzaquliyev qeyd edib ki, Vətən Müharibəsində iştirak edənlərin bir çoxu əlil, veteran, şəhid ailələrinin uşaqlarıdır:

 

“Müharibə başlayan gündən mənim oğlum da o döyüşlərdədir. Bilənlər bilir, bizim devizimiz belədir – “ən yaxşı erməni ölü ermənidir”. Lakin bizim humanistliyimiz yenə də bəllidir. Əsirlərə, tapılan uşağa, yaşlı qadın və danışa bilməyən erməniyə qarşı rəftarımız göz önündə idi. Mən demişdim ki, onlar danışa bilməyən əsir, girovları geri götürəcəklər. Onlara danışan sərf etmir. Lakin danışan yaşlı qadını aparıb öz xeyirlərinə danışdırmışdılar. Bir erməni ailəsi Naxçıvana keçmişdi. Onlar özlərininkinə qarşı da zor tətbiq edirlər. Məcbur edirlər ki, Azərbaycanın əleyhinə danışsınlar. 1992-ci il Laçın döyüşlərində xeyli əsir götürmüşdük. Onlar özləri ermənilərdən nələr danışırdılar. Onların şərəfsizliyindən, bizim isə humanistliyimizdən saatlarla danışmaq olar".

 

Keçmiş döyüşçünün sözlərinə görə, Sovet ordusunda xidmətdə olarkən Azərbaycan əsgərləri rus dilini bilmirmiş. Onlar “Cücələrim”i Azərbaycan dilində oxuyurmuşlar:

 

“Ermənilər kimdir ki, indi mənim torpağımda “Cücələrim”i oxusun. Biz əlimizə düşən əsirləri sağ saxlamırdıq. Yenə deyirəm, bu gün də bizim devizimiz budur: “ən yaxşı erməni ölü ermənidir”. Gələcək devizimiz isə “Ermənisiz Qafqaz” olmalıdır.

 

Bu müqəddəs savaşımıza qədər həmişə əsgərlərə, veteranlara deyirdim ki, Şuşada görüşənədək. Mənə deyirlər ki, indi nə deyəcəksən? Deyirəm, “İrəvanda görüşənədək”. Qərbi Azərbaycan bizim torpağımızdır. Dərbəndimiz, Borçalımız, Təbrizimiz...

 

Tək Bakıda 1918-ci ildə 14 min insan - uşaq, körpə, qadını məhv etdilər. Hesablasaq, ermənilərin əli ilə milyonlarla insanımız qırılıb. Hamısını öldürmək lazımdır. Nə qədər sağ erməni varsa, bizim başımız ağrıyacaq. Biz bütün tarixi torpaqlarımızı tələb etməliyik.

 

Mən öz intiqamımı özüm almışam. Biz torpaqlarımızın intiqamının bir qismini aldıq. Ermənilər bütün Qafqazı boşaltmalıdırlar. Zaman-zaman onsuz da tərk edəcəklər. Gəncliyimizə bütöv Azərbaycan arzulayıram. Allah bizi Azərbaycanımız, Türkiyəmizi, Pakistanımızı, İsrailimizi qorusun. Biz unutqan olmamalıyıq. Dostlarımızla, düşmənlərimizi ayırmağa bacarmalıyıq".

 

Nəzrin ƏLİZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!