Modern.az

Xocalıdakı görüşdə iştirak edən ermənilər kimlərdir?

Xocalıdakı görüşdə iştirak edən ermənilər kimlərdir?

2 Mart 2023, 10:11

Dünən Xocalıda Azərbaycan nümayəndələri ilə görüşdə iştirak edən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin daha bir təmsilçisinin kimliyi məlum olub.


Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, görüşdə iştirak edən şəxslərdən biri də Sergey Martirosyandır.

 

O, Rusiya sülhməramlıları ilə Əməkdaşlığın Təminatı Mərkəzinin "direktoru"dur.

 

Dünən məlumat verdiyimiz kimi, görüşə qatılan digər şəxs Samvel Şahramanyan olub.

 

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

 

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi