Modern.az

Şuşaya gedənlərə XƏBƏRDARLIQ

Şuşaya gedənlərə XƏBƏRDARLIQ

Karabakh

19 Dekabr 2024, 08:54

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə AAYDA feysbukda bildirib.

 

“Qarlı və şaxtalı hava şəraitində Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur”, – qurumun paylaşımında diqqətə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı