Modern.az

Ərdoğan Zəngilanda - VİDEO

Ərdoğan Zəngilanda - VİDEO

Qərbi Azərbaycan

20 Oktyabr 2022, 12:38

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

 

 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

 

Modern.az xəbər verir ki, bir qədər sonra Türkiyə lideri Zəngilan aeroportunun açılışında iştirak edəcək.

 

 

***

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, Türkiyə lideri artıq yola düşüb. Səfər birgünlük nəzərdə tutulub.

 

Məlumata görə, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Qarabağda ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.  

 

Bundan əlavə, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərinə qatılacaq.

 

***

08:54

 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

 

Modern.az xəbər verir ki, Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək.

 

Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, ötən ilin oktyabrın 26-da prezidentlər Füzulidə Beynəlxalq Hava Limanının açılışında iştirak etmişdilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı