Modern.az

Tarixi torpaqlarımıza mütləq qayıdacağıq

Tarixi torpaqlarımıza mütləq qayıdacağıq

Qərbi Azərbaycan

24 İyul 2023, 09:48

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 22 iyul 2023-cü il tarixində Göygöl rayonunda “Heydər Əliyev İli” çərçivəsində  Qərbi Azərbaycanın Basarkeçər rayon Zod icmasının Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi torpaqlarımıza mütləq qayıdacağıq” mövzusunda konfransı keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Göygöl şəhərindəki abidəsini ziyarət edərək  önünə gül dəstələri qoydular, əziz xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olundu, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüldü. Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə Göygöl Rayon İH başçısı cənab Elvin Paşayev açıq elan edib.

Ulu öndərin dövlət quruculuğu və Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması, ölkə iqtisadiyyatının yenidən qurulması və inkişafı ilə bağlı gördüyü nəhəng işlərə,  Göygöl rayonunun sosial-iqtisadi cəhətdən inkişafına göstərilən dövlət qayğısına dair fikirlərini bölüşüb.

Eyni zamanda ölkəmizin dinamik  inkişafı, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasının, Qərbi Azərbaycan İcmasının yaradılmasının əhalisinin əksəriyyəti Qərbi Azərbaycandan olan Göygöl sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu məsələyə göstərilən dövlət qayğsının əhali tərəfindən real şəkildə hiss olunduğunu xüsusi olaraq qeyd etdi.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış etdi. O, nitqində Qərbi Azərbaycan məsələsinə Ulu Öndər Heydər Əliyevin həssas münasibətini qeyd edib.

Heydər Əliyevin torpaqlarımızın azad olunması, qayıdış məsələlərinin həlli ilə bağlı atdığı gələcəyə hesablanmış addımlar, qəbul etdiyi müdrik qərarlar barədə danışdı.

 

Qeyd etdi ki, Heydər Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə və uğurla davam etdirilir. QAİ-nin yaradılması və fəaliyyətinin təşkilinə göstərilən qayğı barədə danışan icma rəhbəri Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər, Qayıdış Konsepsiyasının mahiyyəti haqda məlumat verdi.

 

Tədbirdə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı rolundan, Qərbi Azərbaycan məsələsinə dair əsasını qoyduğu siyasi kursun mahiyyəti haqda danışıb.

 

Bildirib ki, Ulu öndər Moskvada tutduğu yüksək vəzifələrdən getdikdən sonra ermənilər Qərbi Azərbaycanda və Qarabağda Azərbaycan xalqına qarşı növbəti dəfə məkrli siyasət yürütməyə, əhalini öz tarixi torpaqlarından deportasiya etməyə, etnik təmizləmə və soyqırımı aktlarını həyata keçirməyə başladılar. Özünün və ailəsinin, həmkəndlilərinin ağrılı qaçqınlıq həyatına toxunan natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı üçün davamlı surətdə nəticəyönümlü islahatlar həyata keçirilir. Qərbi Azərbaycan məsələsinə istər ölkə daxilində, istərsə də xaricdə, beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində böyük diqqət ayrılır. Bunun sayəsində bütün dünya azərbaycanlıları kimi, Qərbi azərbaycanlılar, Basarkeçər rayonunun Zod kəndindən olan qaçqınlar da ölkəninin ali rəhbərliyinin ətrafında sıx birləşərək bu siyasəti dəstəkləyirlər. Tədbirdə iştirak edən ağsaqqal Azadxan Haqverdiyev və  Əməkdar müəllim Dilarə Qazıyeva da çıxış edərək Zod kəndindən olan insanların ağır qaçqınlıq həyatından bəhs etdilər, Qərbi Azərbaycana qayıdacaqlarına əhalinin güclü inamını ifadə ediblər.  Zod icmasının üzvlərinin fikirləri əsasında Akademik Əhliman Əmiraslanovun Zod kənd icmasının rəhbəri  seçilməsi təklifi yekdilliklə dəstəkləndi. Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu. Konfrans başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam etdirilib. Basarkeçər rayonun Zod kəndindən oıqn iş adamları Seymur Məmmədovun və Məhsud Dursunovun  təşkil etdiyi ziyafət  tədbirində Zod kəndinin tarixi, ziyalıları, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində uğur qazanan gəncləri haqda məlumat verildi. Aşıq musiqisi, şeir, folklor örnəkləri səsləndirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir