Modern.az

İcmanın nümayəndəsi BMT-də görüşlər keçirib

İcmanın nümayəndəsi BMT-də görüşlər keçirib

Qərbi Azərbaycan

6 Oktyabr 2023, 18:06

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Kamal Cəfərov Cenevrədə BMT-nin insan hüquqları və qaçqınlar üzrə məsul təsisatlarında görüşlər keçirib.

 

İcmadan Modern.az-a bildirilib ki, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, millət vəkili Kamal Cəfərov Cenevrədə QAİ-nin nümayəndəsi qismində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsində Ermənistanın dövri hesabatının təqdimatı sessiyasında iştirak edib və İcmanın alternativ hesabatını təqdim edib. İcmanın hesabatında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt ilə qorunan hüquqlarını sistematik şəkildə pozması halları barədə məlumat verilir.

 

K. Cəfərov səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və “Cenevrə Geostrateji Observatoriyası” təşkilatının məsul şəxsləri ilə görüşlər keçirmişdir. Görüşlərdə Kamal Cəfərov Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verərək onların beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq geri qayıdış hüquqlarının təmin edilməsinin zəruriliyindən bəhs edib. İcmanın nümayəndəsi həmçinin Qərbi Azərbaycan İcması barədə məlumat verərək təşkilatın tarixçəsi, fəaliyyət məqsədləri, o cümlədən, bu ilin əvvəlində qəbul etdiyi Qayıdış Konsepsiyasından bəhs edib. Kamal Cəfərov İcmanın repatriasiya və reinteqrasiya məqsədləri olduğunu, bu sahədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ilə əməkdaşlığın əhəmiyyətinin Qayıdış Konsepsiyasında da vurğulandığını dilə gətirib. K. Cəfərov UNHCR-ın İcma ilə əməkdaşlığa başlanması, Bakı ofisi ilə həyata keçirilən təmasları xatırladaraq bu əməkdaşlığın davam etməsindən məmnunluq duyulduğunu bildirmişdir.
K. Cəfərov həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığını Ermənsitandan qovulmuş azərbaycanlıların hüquqları ilə yaxından məşğul olmağa çağırmışdır.

 

Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və insan hüquqları və humanitar hüquq mövzusunda əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir