Modern.az

Polşada Qərbi azərbaycanlılardan danışıldı

Polşada Qərbi azərbaycanlılardan danışıldı

11 Oktyabr 2023, 19:24

Qərbi Azərbaycan İcması Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in illik İnsan Ölçüsü Konfransı çərçivəsində “Evə qayıdış: Qaçqınların qayıdış hüququnun təmin edilməsi” mövzusunda tədbir keçirib.

 

Bu barədə Modern.az-a İcmadan bildirilib.

 

ATƏT-in iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə keçirilmiş tədbirdə təhlükəsiz və ləyaqətli qayıdışın insan hüquqlarının aliliyinin təmin edilməsi və dünyada köçkün probleminin davamlı həlli yolu kimi təşviq edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

 

Tədbirdə moderatorluq edən, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Pərvanə Vəliyeva ailəsinin Vedibasardan qovulması tarixçəsini bölüşüb. O, bildirib ki, İcma etnik təmizləmə və qaçqınlıq həyatının ağrılı keçmişini tarixi yaddaşında saxlamaqla bərabər, qəbul edir ki, bölgədə sülh və inkişafın təmin edilməsinin yolu qayıdış və barışıqdan keçir.

 

Tədbirin panelisti, Bosniya-Herseqovinada fəaliyyət göstərən “Dostluq körpüləri” qeyri-hökumət təşkilatının nümayəndəsi Erna Yaşareviç özünün qaçqınlıq hekayəsini anladaraq, müharibə və etnik təmizləmənin mülkilərə mənfi təsiri barədə məlumat verib. Xanım Yaşareviç barışıq və sülhün əldə edilməsi üçün ədalətin bərqərar olunmasının zəruriliyini qeyd edib. Bu mənada o, qayıdış hüququnun təmin edilməsinin vacibliyinu vurğulayıb və bu sahədə Balkanların təcrübəsi haqqında məlumat verib.

 

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının fəaliyyətinin məqsədləri, Qayıdış Konsepsiyası və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışı istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər barədə məlumat verib K. Cəfərov regionda davamlı sülh üçün münasib şərait yetişdiyini qeyd edərək, sülh gündəliyini seçməsi və qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratması üçün Ermənistana çağırış edib.

 

Qeyd edək ki, Ermənistan tərəfi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, İcmanın Konfransda iştirakına və sözügedən tədbiri təşkil etməsinə əngəl törətmək üçün uğursuz cəhdlər etmişdi.

 

Qərbi Azərbaycan İcmasının ATƏT-in insan hüquqları sahəsində əsas tədbiri olan İnsan Ölçüsü Konfransında iştirak etməsi və onun çərçivəsində ayrıca tədbir təşkil etməsi təşkilatın beynəlxalq profilinin artması və qayıdış hüququnun beynəlxalq gündəliyə gətirilməsi baxımından mühüm hadisədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir