Modern.az

Şəhidin polis qardaşına mənzil verildi - FOTO

Şəhidin polis qardaşına mənzil verildi - FOTO

Aktual

2 İyul 2021, 17:50

Azərbaycan polisinin yaranmasının 103-cü il dönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub.

 

Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, təqdimat mərasimində Şəhər İH başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

 

Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

 

2009-cu ildən hüquq mühafizə orqanlarında xidmət edən polis serjantı Kürdoğlu Hüseynov, uzun illərdir kirayədə yaşadığını qeyd edərək, ona göstərilən diqqətə görə dövlət başçısı Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Hüseynov Kürdoğlu Xəlifə oğlu Kəlbəcər rayonundan məcburi köçkündür. Onun qardaşı Hüseynov Mirzə Xəlifə oğlu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir