Modern.az

Bir şəklin tarixçəsi: Yeltsinlə Dəmirəlin DİALOQU - Peskovun tərcüməçiliyi

Bir şəklin tarixçəsi: Yeltsinlə Dəmirəlin DİALOQU - Peskovun tərcüməçiliyi

6 Fevral 2021, 10:25

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto 22 il əvvələ aiddir.

Zaman 1999-cu il.., məkan İstanbul… ATƏT-in Zirvə görüşü…

Rusiyanın birinci prezidenti Boris Yeltsin və Türkiyə prezidenti Süleyman Dəmirəl ayaqüstü söhbət edirlər. Yəqin ki, onlara tərcüməçilik edən üçüncü şəxsi də yaxşı tanıdınız – o zaman Rusiyanın Türkiyədəki səfirliyinin 1-ci katibi vəzifəsində işləyən Dmitri Peskov...

O Peskov ki, hazırda Rusiya siyasətinin üzdə olan əsas simalarından biridir... Prezident Kremlin mətbuat katibi – prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bəlkə də dövlət başçısından sonra mətbuatda ən çox görünən siyasətçilərdəndi..

Məhz o görüşdə Peskovun ruscadan türkçəyə tərcüməçilik məharəti Boris Yeltsinin çox  xoşuna gəlmişdi. Bu məharət onun sonrakı karyerasına müsbət təkan verdi.

Söhbət əsnasında Yeltsinlə Dəmirəl arasındakı maraqlı dialoq diqqət çəkmişdi.


Yeltsin: "Zati-alinizi uzun müddət görə bilmədim".
Dəmirəl: "Türkiyəyə gəlməyinizdən çox şadıq, cənab prezident. Sizi dəfələrlə dəvət etdim. Və nəhayət gəldiniz".

Yeltsin: “Amma mən Sizi daha çox dəvət etdim. Siz isə gəlmədiniz”.

Dəmirəl: "Mən gəldim. 1992-ci ildə gəldim”.


Yeltsin: “İndi, yeni eranın astanasında Avropadakı birgə səylərimizin adı “zərər vermə” prinsipi üzərində qurulmalıdır. Məhz buna görə biz başqa texnologiya – səbrlə qarşılıqlı münasib həll variantı tapmaq texnologiyası təklif edirik. Xüsusən, qeyri-standart həll varinatları gözdən keçirilməlidir”.

Yeltsin Rusiyada təxminən 10 il hakimiyyətdə olsa da, Türkiyəni rəsmi olaraq heç ziyarət etməmişdi.



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü