Modern.az

Şəhidlər Xiyabanı "20 Yanvar" faciəsinin 32-ci ildönümünə hazırlanır - FOTOLAR

Şəhidlər Xiyabanı

Reportaj

17 Yanvar 2022, 15:06

“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BŞİH-in qurumları tərəfindən Şəhidlər Xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

 

Qeyd edək ki, xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

 

Modern.az saytının əməkdaşı hazırlıq işlərinin gedişilə bağlı Şəhidlər Xiyabanında olub.

 

Hazırlıq işlərindən çəkilən fotoları təqdim edirik:

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı