Modern.az

Dəm qazı yenə 4 nəfəri öldürdü, 4 nəfəri zəhərlədi

Dəm qazı yenə 4 nəfəri öldürdü, 4 nəfəri zəhərlədi

Təhsil

21 Fevral 2011, 15:00

Daxili İşlər Nazirliyi dəm qazından boğulanlar və zəhərlənənlər barədə növbəti məlumat yayıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, fevralın 19-da 1-ci Zabrat qəsəbə sakini Nargilə Rəhimova,  Nəsimi rayon sakini Ziyad İsgəndərov mənzillərindəki hamamlarında dəm qazından zəhərlənərək ölüblər.

Fevralın 20-də Binəqədi rayon sakini Elnurə Kərimova, Xətai rayon sakini  Bəxtiyar Bağırlı mənzillərində dəm qazından boğulublar.

Fevralın 20-də Saray qəsəbə sakini Eynur Məmmədov, Sumqayıt şəhər Nüranə Rüstəmova, Oruc Ağakişiyev, Ceyhun Abbasov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi