Modern.az

Amerikada yaşayan alim azərbaycanlı şagirdlərə mükafat verdi

Amerikada yaşayan alim azərbaycanlı şagirdlərə mükafat verdi

Təhsil

10 Avqust 2021, 16:45

ABŞ-da yaşayan azərbaycanlı alim, Quzey Dakota Dövlət Universitetinin riyaziyyat professoru, əslən Cəbrayıl rayonundan olan Azər Əhmədov bir müddət öncə maraqlı təşəbbüslə çıxış etmişdi.

Belə ki, professor Azər Əhmədov Cəbrayıl rayonunun 30 illik işĝaldan azad olunmasını nəzərə alaraq, təhsil sahəsində akademik Mehdi Mehdizadənin adını daşıyan mükafat təsis etmişdi.

10-11-ci siniflərdə oxuyan fəal, akademik göstəricləri yüksək olmaqla bərabər xüsusi istedad nümayiş etdirən şagirdlər üçün nəzərdə tutulan mükafatın ümumi məbləĝi illik olaraq 900 ABŞ dolları müəyyənləşdirilib. Bu məbləĝ hər biri 300 ABŞ dolları olmaqla hər il üç şagirdə veriləcək.

Modern.az saytının məlumatına görə, cəbrayıllı şagirdlər üçün nəzərdə tutulan mükafat 2020-2021-ci dərs ili üçün ilk sahiblərinə təqdim olunub.

Cəbrayıl Rayon Təhsil şöbəsinin müəyyən etdiyi Münsiflər heyəti “Akademik Mehdizadə adına műkafat”a aşağıdakı şagirdləri layiq görüb:

Əfəndiyev Kamil Nazim oǧlu - Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin XI sinif şagirdi;

Abbasov Ramin Xəqanı oǧlu - Cəbrayıl rayon Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin IX sinif şagirdi;

İbrahimov Elcan Müslüm oǧlu - Cəbrayıl rayon 10 saylı tam orta məktəbinin VII sinif şagirdi.


Kamil Əfəndiyev buraxılış imtahanlarında (qəbul imtahanının ilk mərhələsi) Cəbrayıl məktəbliləri arasında 11-ci siniflər üzrə ən yüksək nəticə göstərib (292 bal).

Ramin Abbasov buraxılış imtahanlarında Cəbrayıl məktəbliləri arasında 9-cu siniflər üzrə ən yüksək nəticə göstərib (290 bal).

Elcan İbrahimov kimya üzrə fənn olimpiadasının respublika mərhələsində III yeri qazanıb.


Xatırladaq ki, akademik Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunun Daşkəsən kəndində doĝulub, Azərbaycan SSR-nin xalq maarif naziri vəzifəsində çalışıb, pedaqoqika elminə verdiyi möhtəşəm töhfələrə görə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Xeyirxah və prinsipial bir insan olan Mehdizadə ölkəmizdə təhsilin inkişafında xüsusi xidmətlər göstərib


Qeyd edək ki, mükafatın təsisçiləri kimi professor Azər Əhmədovla yanaşı, akademik Mehdizadə adına məktəbin keçmiş müəllimi Kəmalə Qasımlı da çıxış edib.

Yeri gəlmişkən, akademik Mehdizadənin ailəsi belə bir mükafat təsis etdiyinə görə professor Azər Əhmədova təşəkkür edib. Mərhum akademikin Moskvada yaşayan qızı Zemfira Mehdizadə Azər Əhmədova göndərdiyi məktubda yazıb:
"Hörmətli Azər müəllim, Sizin bu təşəbbüsünüz məni çox sevindirdi və kövrəltdi. Sizə və bütün bu işi dəstəkləyən insanlara minnətdaram. Bu çətinliklərlə dolu zamanda imkan yaradırsız ki, uşaqlarımız təhsillərini dəvam etdirib Azərbaycan elmini diriltsinlər və dünyada şöhrət qazansınlar". 


FOTODA: Cəbrayıl Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov və akademik Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin  direktoru Şəlalə Qasımlı qaliblər və onların valideynləri ilə...



Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü