Modern.az

Qarabağ Universitetində işləmək istəyənlərin nəzərinə - Vakansiya elan olundu

Qarabağ Universitetində işləmək istəyənlərin nəzərinə - Vakansiya elan olundu

Təhsil

28 Fevral 2024, 18:06

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir.

 

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir