Modern.az

Parlamentdə təhsil müzakirəsi: Deputat valideynləri, Nazirlik məktəbləri müdafiə etdi

Parlamentdə təhsil müzakirəsi: Deputat valideynləri, Nazirlik məktəbləri müdafiə etdi

Təhsil

6 Mart 2024, 11:38

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında məktəblərdə son baş verən hadisələr müzakirə edilib.

 

Modern.az-ın məlumatına görə, Komitənin üzvü Ceyhun Məmmədov iclasda iki məktəbli arasında baş verən davanı xatırladıb.

 

O, hadisəyə görə valideynin günahlandırılmasının doğru olmadığını vurğulayıb.

 

“Bu məsələnin üstündən keçdik. Burada adətən valideyni günahlandırdılar. Bunu doğru hesab etmirəm. Məktəbdə davranış qaydalarının tətbiqinə xüsusi önəm verilməlidir. Hazırda bu qaydalar hansı formada işlənir, tətbiq olunur? Xüsusilə tərbiyə işinin gücləndirilməsi üçün xüsusi iş aparılmalı, tədbirlər planı hazırlanmalıdır. Çünki bu halların artmasını müşahidə edəcəyik. Təhsil çox həssas sahədir. Həm müəllimin nüfuzunun, həm məktəbin nüfuzunun qorunması üçün bu istiqamətdə səylərimizi gücləndirməliyik”.

 

Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov isə bu hadisələrə görə məktəblərin günahlandırılmasının çıxış yolu olmadığını deyib:

 

"Məktəblərdə baş verən son hadisələrdə yalnız ümumtəhsil müəssisəsini günahlandırmaqla məsələni həll etmək mümkün deyil. Bu cür hadisələr hər zaman olub. Sadəcə, hazırda bunun ictimaiyyətə təqdim edilmə forması dəyişib. Buna diqqət etmək lazımdır. Məktəblərdə davranış qaydaları hazırlanır. Bu, pilot layihə kimi hazırda 300-dən çox məktəbdə tətbiq olunur. Bu gələcəkdə özünü doğruldarsa, bu qaydaların digər təhsil müəssisələrində tətbiqini nəzərdə tuturuq”.

 

Qeyd edək ki, bir müddət əvvəl Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Yayılan görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir.  Məsələ ilə bağlı aidiyyatı qurumlar reaksiya verib, cinayət işi qaldırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı