Modern.az

Naxçıvan Universiteti fəaliyyətini nə vaxt dayandırır? - AÇIQLAMA

Naxçıvan Universiteti fəaliyyətini nə vaxt dayandırır? - AÇIQLAMA

6 Mart 2024, 17:40

Naxçıvan Universitetinin fəaliyyətinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının (MR) təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, elm və təhsil naziri Emin Əmrullayev universitetin fəaliyyətinin dayandırması ilə bağlı keçirdiyi brifinqdə müəyyən məlumat verib:

 

"Naxçıvandakı ali təhsil müəssisələri MR-in Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir. Həmin təhsil ocaqları birbaşa Elm və Təhsil Nazirliyinə tabedir. Adıçəkilən özəl universitetin bağlanması ilə bağlı məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək".

 

E.Nəcəfov ölkədə müəyyən özəl ali təhsil müəssisələrinin bağlanması və tələbələrin digər aidiyyəti yerlərə köçürülməsi təcrübəsinin olduğunu da diqqətə çatdırıb: "Böyük ehtimal həmin təcrübələr burada da tətbiq ediləcək".

 

Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!