Modern.az

11 nəfərin imtahan nəticəsi ləğv olundu

11 nəfərin imtahan nəticəsi ləğv olundu

Təhsil

16 Aprel 2024, 13:18

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanında nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!