Modern.az

Bakı Fransız Liseyinin şagirdləri bu məktəblərə köçürükəcək - RƏSMİ 

Bakı Fransız Liseyinin şagirdləri bu məktəblərə köçürükəcək - RƏSMİ 

Təhsil

19 Aprel 2024, 15:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

 

Bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək:

 

"Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (//sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (//bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər. Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı