12Oktyabr | Ana Səhifə - Yazılar - Səudi vəhşəti
Səudi vəhşəti

Hidayət Elvüsal


Jurnalist Camal Kaşıkçının Türkiyədə, Səudiyyə Ərəbistanının konsulluğunda öldürülməsi xəbəri dünyanın diqqət mərkəzindədir. Həm Türkiyə, həm də ABŞ prezidentləri bu qaranlıq hadisəyə kəskin münasibət bildiriblər.


Kaşıkcı S.Ə. vətəndaşıdır. Amerikada yaşayır. Kral ailəsinə qarşı mübarizə aparan bir qələm sahibidir. Onların qanunsuz əməllərini ifşa edir. Krallığın yeni şahzadəsi görünür onun qətlinə fərman verib.


Kaşıkçının konsulluq binasına daxil olma görüntüləri var. Amma çıxışı sübut edən hər hansı bir dəlil yoxdur. Başqa görüntülər isə sadəcə təəccüb doğurur. Belə ki, konsul Türkiyə tədqiqatçılarını qarşılayır və özünü itirmiş halda şkafları, soyuducunu açıb göstərir və deyir ki, baxın Kaşıkçı burada deyil. Bir diplomatın belə axmaq, düşük hərəkətləri həm gülüş, həm də ikrah doğurur.


Bəs Kaşıkçının o konsulluqda nə işi vardı? Məsələ bundadır ki, jurnalist Səudiyyə vətəndaşıdır və qanuna görə evlənməsi üçün həmin ölkənin rəsmi rəyi olmalıdır. Kaşıkçı oraya nişanlısı ilə gedib və xanım deyir ki, Camal “Əgər çıxmasam, filan nömrəli telefona zəng et”.


Amma qətl (artıq hamı bu variantı deyir) planlı bir şəkildə həyata keçirilib. Həmin ərəfədə Səudiyyədən 15 nəfərlik bir komanda gəlib. Ədliyyə naziri də aralarında olub. Kaşıkçı konsulluğa daxil olmazdan əvvəl bu gələnlər binada yerlərini tutublar. Daha sonra bir neçə qaraşüşəli maşın eyni vaxtda binadan ayrılır və müxtəlif istiqamətlərə gedir. Bunların da kamera görüntüləri var. Amma jurnalist bir daha gözə dəymir.


İndi fərqli fərziyyələr var. Kaşıkçı öldürülüb və o maşınlarda bəlkə də parçalara ayrılmış vəziyyətdə binadan çıxarılıb. Bu gümanı təsdiq edə biləcək detal həmin maşınlardakı iri qutulardır. Əgər belədirsə, Kaşıkçının parçalara ayrılmış nəşi elə həmin gün xüsusi təyyarə ilə Səudiyyəyə qayıdan komandanın əlində olub. Məqsəd əmrin necə yetirilməsinin sübutudur.


Başqa bir xəbərə görə, jurnalistin cəsədi elə konsulluğun bağçasında basdırılıb. Hələlik bunlar söylənən variantlardır. ABŞ və Türkiyənin xüsusi xidmət orqanları hadisə barədə birgə təhqiqat aparırlar.


Amma məsələnin çox da qabardılması təxmin edilmir. ABŞ bir müsəlman yazarından ötrü Səudilərlə münasibətini gərginləşdirməz. Turkiyə də elə. Ərdoğan Səudilərin kralı öləndə Türkiyədə 3 günlük matəm elan etdi. Halbuki, Səudilərin özləri buna o qədər də ağır matəm havası ilə baxmadılar.


Bütün buhlar öz yerində. Amma dünən bir cəza dəstəsi öz yurdunda Kaşıkçının qardaşının evinə basqın etmiş, onu və arvadını xəncərlə doğramışlar. Ailənin 3 uşağı qaçaraq canlarını qurtarıblar. Amma görünür ki, hələlik Səudi şahzadəsi onların da “qələmini qırmış” olar.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Baytarlıq Xidmətindən qoyunlar və keçilərlə bağlı XƏBƏRDARLIQ 22 Aprel 2019, 15:56 Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü   22 Aprel 2019, 15:32 Həkimin səhvi jurnalistin gözünün tutulması ilə nəticələnib 22 Aprel 2019, 15:27 Məmmədyarov missiyası başa çatan səfiri qəbul etdi 22 Aprel 2019, 15:27 ABŞ səfiri Dillər Universitetində olub   22 Aprel 2019, 15:24 Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu 22 Aprel 2019, 15:21 “Azərsu” yeni elektron xidmət istifadəyə verdi   22 Aprel 2019, 15:16 Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir 22 Aprel 2019, 15:11 İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı 22 Aprel 2019, 15:11 Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək   22 Aprel 2019, 15:09 Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb” 22 Aprel 2019, 14:59 Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib? 22 Aprel 2019, 14:43 Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR 22 Aprel 2019, 14:40 Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu 22 Aprel 2019, 14:39 Gənclər Lenini necə tanıyır? 22 Aprel 2019, 14:33 Erməni general Manvel Qriqoryan həbsdə qalacaq 22 Aprel 2019, 14:22 Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi 22 Aprel 2019, 14:15 Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb” 22 Aprel 2019, 13:54 Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi   22 Aprel 2019, 13:48 İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi 22 Aprel 2019, 13:38 Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər 22 Aprel 2019, 13:33 Neft son 6 ayın rekordunu QIRDI 22 Aprel 2019, 13:25 Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR Forumu başladı   22 Aprel 2019, 13:16 Deputatlar Diaspor Komitəsinin 1 illik fəaliyyətinə QİYMƏT VERDİLƏR 22 Aprel 2019, 13:15 Vəkillər Kollegiyası Elinanın anasına təmənnasız  vəkil tutdu – RƏSMİ 22 Aprel 2019, 13:07 Sabah intensiv yağış olacaq - HAVA PROQNOZU   22 Aprel 2019, 13:02 İt dişləyən uşağın atası FƏRYAD ETDİ: “Həkimlər 40 gün vaxt qoyublar” 22 Aprel 2019, 12:57 Pilotlarımız məşqlərə başladı - FOTO+VİDEO 22 Aprel 2019, 12:54 Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başladı 22 Aprel 2019, 12:46 Ukraynada səslərin 95%-i hesablandı 22 Aprel 2019, 12:29