31Oktyabr | Ana Səhifə - Yazılar - Dərd yeridi üstümüzə
Dərd yeridi üstümüzə

Hidayət  ELVÜSAL

 

Vətən həsrətiylə can verənləri
Soyuqməzarlaradüzürük, eydost

 

Bir ailənin sonuncu yadigarını, nişanəsini də itirdik. İnqilabı deyirəm. Əminəvəsini, bacıoğlunu. Atası Nurəddin mühəndis idi. Hələ Kəlbəcərdə ikən avtomobil  qəzasında dünyasını dəyişdi. Bir körpə uşaq yetim, bir qadın dul qaldı.

Sonra müharibə başlandı. Qarabağ müharibəsi. Ömrünü, gününü tək balasını böyütməyə, oxutmağa sərf edən Zərifə o zaman Kəlbəcər Mərkəzi Xəstəxanasında təsərrüfat üzrə tibb bacısı işləyirdi. Hamı ona hörmətlə  yanaşardı, o da hamıya.

Müharibə  artıq yaşlanmış o qadının olan-qalan xəyallarını, arzularını da puç elədi. Yaralı əsgərlərimizə analıq elədi. Şəhidlərimizə ağı dedi, ağa bələdi. Orada çalışan həkimlər indi də Zərifədən hörmətlə, ehtiramla danışırlar. Xəstəxanada yer qalmayanda o, yaralı əsgərlərə öz evində qulluq edər, yaralarını sarıyar, təsəlli verər, ovundurar, analıq edərdi. Heç birini öz övladından ayırmırdı. Bu fədakar qadın çoxlarına bir örnək, bir nümunə idi.

Kəlbəcər işğal olundu. Zərifə də Bakıya gəldi. Amma keçirdiyi həyəcanlar, streslər, ağrılar, acılar öz işini görmüşdü. Başında şiş əmələ gəlmişdi. Onu ən yaxşı həkimlərə göstərdik. Cərrahi əməliyyat keçirdi. Bir qədər yaxşılaşsa da uzun sürmədi. Şəhid oldu.

Bəli! ŞƏHİD oldu!

İnqilab həm də anasız qaldı. Onu bir neçə dəfə uyğun işə düzəldə bildik. Amma o ağır illərin  ağırlığı çiyinlərimizi əydi. Dözmədi. Özünə bir həyat qurmaq ümidi ilə çoxları kimi Rusiyaya getdi. Orada yerlilərimiz, qohumlarımız da vardı. Amma bu ailənin üzləşdiyi əzab-əziyyət onun da yaxasını buraxmadı. Ürəyində cərrahi əməliyyat aparıldı.

Bu yaxınlarda isə…

Onunla çalışan yerlilərimiz Bakıya gətirdilər. İqbal adlı bir dostu əsil fədakarlıq göstərdi. Unutmarıq.

İnqilabı elə Bakıda dəfn elədik.  Dost-tanışlar, həmkarlar sağ olsunlar. Başsağlığı verdilər, qədirbilən Kəlbəcər camaatı yanımızda oldu. Kəlbəcərdən seçilmiş  sabiq millət vəkili Əlövsət Ağalarov, həkim Adil Şükürov, eloğlumuz Xəqani Kazımov da…

Amma o ailənin, o şəhid qadının fədakarlığını bilən vəzifə sabilərimz yada salmadılar. Yenə sağ olsunlar. Əlbəttə:

 

Yarımız vaylarda donub qalmışıq,
Yarımız toylarda süzürük, ey dost.

 

Mən də belə düşünürəm. Yəqin toyda olublar. Yoxsa ya o ailənin, ya da elə bizim xətrimizə telefonla da olsa başsağlığı verərdilər.

Qınamıram! Heç incimirəm də!

Amma bir sözü  xatırlatmaqdan da vaz keçə bilmərəm:

- Heç kim unudulmayacaq,

Heç nə yaddan çıxmayacaq!

 

Kimisə unutmaq olar, cənablar, bəylər, yoldaşlar! Amma… heç nəyin yaddan çıxmayacağını yadınıza salıram!

Dünyasını dəyişən İnqilab Nağıyev, yaralı əsgərlərə, ŞƏHİD əsgərlərə analıq edən ŞƏHİD bir qadının övladı, bir ailənin yeganə nişanəsi idi..

MÜƏLLİFİN DİGƏR YAZILARI
“AQTA maarifləndirir” - Ramazanda necə qidalanmalı? 23 Aprel 2019, 14:36 Suriya erməniləri Türkiyəyə qarşı qoşun toplayır - FOTOLAR 23 Aprel 2019, 14:34 Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi 23 Aprel 2019, 14:19 Standartlaşdırma ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçdi 23 Aprel 2019, 14:00 Leninin Azərbaycandakı sonuncu heykəlini niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42 İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi 23 Aprel 2019, 11:37