Modern.az

Neftçalada ağacəkmə aksiyası - FOTOLAR

Neftçalada ağacəkmə aksiyası - FOTOLAR

Aktual

26 Aprel 2024, 20:00

Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilməsilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala şəhərində növbəti ağacəkmə aksiyası keçirilib və 200-dən çox sərv ağacları əkilib.

 

Modern.az xəbər verir ki, aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in əməkdaşları, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələr, Neftçala MKTB-in əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ölkəmizdə keçiriləcək COP 29 –a dəstək, ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

 

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni yaşıllıq zolaqlarının salınması və ekoloji mühitin qorunması istiqamətində tədbirlərin görülməsi il ərzində davam etdiriləcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!