Modern.az

“Azərenerji” Gəncə poçtları ilə narazılığı həll edib

“Azərenerji” Gəncə poçtları ilə narazılığı həll edib

Təhsil

7 Yanvar 2011, 10:25

Son iki gündə Gəncə şəhərində fəaliyyət göstərən poçt şöbələrinin işi iflic vəziyyətinə düşüb. Buna səbəb “Azərenerji” ASC tərəfindən Gəncənin poçtlarına verilən elektrik enerjisinin kəsilməsidir. Modern.az saytının məlumatına görə, Gəncənin 22 poçt şöbəsinin 18-nin elektrik enerjisi dayandırılıb. Nəticədə dünən gün ərzində şöbələrin heç biri normal işləyə bilməyib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov Modern.az-a məlumatında bildirib ki, iki gün öncə müəyyən səbəblərdən Gəncə şəhərinin bir neçə poçt şobəsində elektrik enerjisinin verilməsinin dayandırılmasılnı təsdiqləyib. Onun sözlərinə görə, məsələ artıq həllini tapıb və şöbələrin hamısı elektrik enerjisi ilə təmin olunub.

Məsələ ilə bağlı “Azərenerji” ASC-nin “qaynar xətti”ndən Rafiq Bayramov bildirib ki, bu qurumun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə müqaviləsi var, müqavilənin şərtlərini pozduqlarına görə Gəncə şəhərindəki bir neçə poçt şöbəsinə elektrik enerjisinin verilməsi yanvarın 5-dən dayandırılıb. R.Budaqov deyib ki, artıq qurumlar arasında razılıq əldə olunub yanvarın 7-dən həmin poçt şöbələri elektrik enerji veriləcək.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır