Modern.az

Qoçların buynuzsuz olması, qarpızın tumunun bitməməsi və insan sonsuzluğu...

Qoçların buynuzsuz olması, qarpızın tumunun bitməməsi və insan sonsuzluğu...

Ölkə

7 Yanvar 2011, 12:12


Dünyanı təhdid edən ekoloji problemlərin fəsadlarının əhatə dairəsi getdikcə genişlənir. Demək olar ki, bütün canlı varlıqların fiziki görkəmində dəyişikiklər günümüzün hadisəsinə çevrilib.

Sadə misal, indi qoçların buynuzları bitmir. Halbuki təxminən 20-30 il öncə qoçun buynuzu olmayanda bunu heyrətlə qarşılayardılar.

Başqa bir misal, artıq Azərbaycanda yetişdirilən qarpız tumları torpağa basdırılanda bitiş vermir.

Belə faktlar qədərincədir. Ortadaki odur ki, bütövlükdə təbiət qısırlaşır. Həm bitkilərin, həm də canlıların nəsl artırma qabiliyyəti öləziyir.

“Ərzaq Təhlükəsizliyi Uğrunda” İctimai Birliyin sədri Zahid Abbasov son zamanlar qoçların buynuzlarının kiçik olması və ümumiyyətlə heç olmamasının səbəbləri haqda Modern.az-a danışıb. O, bildirib ki, bu, qoçların cinsindən aslıdır. Elə cinslər var ki, onlarda buynuz olmur, yaxud da çox kiçik olur. 

Z.Abasovun fikrincə qoçlarda buynuzun olmaması geni dəyişmiş orqanizmin geniş yayılması  ilə bağlıdır. Belə problemlər daha çox xaricdən gətirilən heyvanlarda müşahidə olunur. Yerli cins qoçlarda belə hal qeydə alınmayıb. Bunun da başlıca səbəbi orqanizmin genetik motifikasiya olunmasıdır (GMO) ki, bu da ekoloji cəhətdən təhlükəlidir.

O, qeyd edib ki, statistikaya görə, əvvəllər Kanadada hər donuzdan 12,13 bala alırdılarsa, indi bu göstərici 6,7-dir: “Mütəxəssislər hesab edirlər ki, buna səbəb heyvanların soya  bitkisi ilə yemlənməsidir. Bu yüksək zülallı bitkidir və daha çox heyvanların süni kökəldilməsində, broyler fabriklərində, donuzçuluqda geniş istifadə olunur. Bu bitki də ən yüksək dərəcədə genetik motifikasiya olunmuş bitkidir. Mütəxəssislər belə hesab edirlər ki, belə qidalar heyvandarlıq sahəsində geniş fəsadlara səbəb ola bilər”.

Zahid  Abbasov bildirib ki, xaricdən ölkəmizə gətirilən qarpız toxumları xüsusi motifikasiya üsulu ilə hazırlandığından bir çox fəsadlara səbəb ola bilər: “Xarici toxumlar elə

hazırlanır ki, növbəti əkin zamanı bar vermir və insanlar məcbur olub yenidən toxum almalı olurlar. Genetik modifikasiya üsulu ilə becərilən qarpız ekoloji baxımdan təhlükəli hesab edilir və insan səhhətində bir çox acı fəsadlar yarada bilər”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsindən isə saytımıza bildirilib ki, ölkəmizə xaricdən qarpız toxumu gıtirməyə ehtiyac yoxdur: “Dünyada ən gözəl qarpız toxumlarından bir neçəsi  məhz Azərbaycanda yetişdirilir. Ölkəmizdə toxumçuluğun inkişafı üçn münbit şərait var. Bu baxımdan yerli toxumlar ekoloji baxımdan təhlükəli deyil”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, GMO toxumçuluğu insanlar arasında sonsuzluq problemi yaratması elmdə tədqiq edilməsə də, bu qaçılmaz deyil. İnsanlar arasında bu səbəbdən problemlər ola bilər.

“GMO ilə qidalanan siçanlar üzərində aparılan təcrübə nəticəsində aydın olub ki, həmin heyvanlar nəsil vermirlər. Bu qidalar insan səhhəti üçün təhlükəli olan bir çox xəstəliklər də yarada bilər. Hindistan və Pakistanda insanlar bu baxımdan allergiya xəstəliyindən əziyyət çəkirlər”.

E.Hüseynov onu da qeyd edib ki, genetik modifikasiya olunmuş  toxumlar dünyada 1972-ci ildən sonra yayılıb: “Azərbaycanda da geni dəyişdirilmiş toxumlar ölkəmizə gətirilən humanitar yardımlardan sonra geniş şəkidə yayılmağa başlayıb. Baxmayaraq ki, Azərbacan BMT sənədinə imza atıb, “Korfagen” porotokolunu qəbul edib, hansı ki, onlara qarşı mübarizə aparılmalıdır. Lakin Azərbaycanda GMO toxumçuluq, əkinçilik ətraf mühütə yayılmaqda davam edir. Bu bir monopoliyadır ki, ona Amerikanın “Mansata” şirkəti nəzarət edir”.

Tibbi mütəxəssilər isə bu məsələlərin yaxın iki yüzilikdə dünyanı insansız qoyacağı barədə xəbərdarlıq edirlər.

 Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü