Modern.az

KİVDF jurnalistlər üçün müsabiqə elan etdi

KİVDF jurnalistlər üçün müsabiqə elan etdi

Qarabağ

25 May 2016, 12:23

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul milli mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan Modern.az-a verilən məlumata görə, müsabiqə 19 istiqaməti əhatə edir.

İstiqamətin adı

1.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

3.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi

mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4.

İctimai və dövlət maraqlarının müdafiəsi

5.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və

digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı

olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

9.

Azərbaycançılıq ideyasının təbliği

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16.

Ekologiya və ətraf mühitin mühafizəsi

17.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18.

Elm və təhsilin inkişaf etdirilməsi

19.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Yazılar mövzunun əhatə olunması, jurnalist araşdırması, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi meyarları üzrə qiymətləndiriləcək.

Hər istiqamət üzrə 6 qalib müəyyən ediləcək. Birinci yer üçün 500 AZN (bir nəfər), ikinci yer üçün 400 AZN (iki nəfər), üçüncü yer üçün 300 AZN (üç nəfər) məbləğində mükafat müəyyən olunub. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir. Maksimum 50 baldır.

Yazıların qəbulu 26 may 2016-cı il tarixdə başlayır, 12 iyul 2016-cı il tarixdə başa çatır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü