Modern.az

Bəzi məktəblərdə “Son Zəng” vaxtından tez keçirilib

Bəzi məktəblərdə “Son Zəng” vaxtından tez keçirilib

Aktual

13 İyun 2016, 13:47

Təhsil Nazirliyi bəzi məktəblərdə “Son zəng” tədbirlərinin vaxtından əvvəl keçirilməsi məsələsinə aydınlıq gətirib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bəzi ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri bu gün keçirilib. 

“Bu, Təhsil Nazirliyinin razılığı əsasında baş tutub. Buna səbəb Bakı şəhərində keçiriləcək “Formula -1” yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə məhdudlaşdırılmasıdır”.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunmalıdır. 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı