Modern.az

Fələstində ölənlərin sayı artdı - 141 nəfəri jurnalistdir

Fələstində ölənlərin sayı artdı - 141 nəfəri jurnalistdir

Aktual

26 Aprel 2024, 11:47

Müharibənin 203-cü günündə İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı 77 293 nəfərə çatıb.

Modern.az xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza zolağında 43 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.

Eyni zamanda qeyd edilir ki, 2023-cü il oktyabrın 7-dən Fələstin anklavında öldürülən jurnalistlərin sayı 141-ə çatıb.

Məlumatlara görə, onlardan sonuncusu, İsrailin Rəfahdakı evinə endirdiyi zərbə nəticəsində həlak olan Fələstinin El-An xəbər agentliyinin əməkdaşı Məhəmməd Bissam əl-Camal olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək