Modern.az

“Onları bu işlərə cəlb etmək lazımdır”

“Onları bu işlərə cəlb etmək lazımdır”

Aktual

23 İyun 2016, 14:54

Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda bələdiyyələr və rayon ağsaqqalları ilə görüş keçirib.

 

Görüşdə deputat ölkə başçısı İlham Əliyevin əkin torpaqları ilə bağlı verdiyi son sərəncam və göstərişlər, torpaq islahatları və bir sıra bu kimi məsələlər barədə geniş söhbət açıb.

 

Ölkəmizdə neft sektoru ilə yanaşı artıq aqrar sektorun da gün-gündən inkişaf etdirilməsinə toxunub.

 

Bələdiyyələrin suallarını cavablandıran deputat bildirib ki, rayonlarda əkinə yararlı bir qarış torpaq belə istifadəsiz qalmamalıdır.

 

“Bunun üçün sahibkarlara dəstək olmaq, onları bu işlərə cəlb etmək lazımdır. Qanunsuz zəbt edilmiş torpaqlar bələdiyyələr tərəfindən aşkarlanmalı və onlardan səmərəli istifadə edə biləcək sahibkarlara icarəyə verilməlidir.

 

Çünki heç kimə sirr deyil ki, keçmişdəki kolxoz və sovxoz sahələrinin ərazisi qədər torpağı əkib becərmək müəyyən maliyyə vəsaiti, texnika və xeyli işçi qüvvəsi tələb edir.

 

Bunları öhdəsinə götürən sahibkar həm yeni iş yerlərinin açılmasına, həm də dövlət büdcəsinə gəlir gətirməkdə israrli olacaq”.

 

Komitə sədri müqayisə üçün onu da bildirib ki, bir hektar çəltik əkilən və ya yonca səpilən torpaq sahəsi altı hektar yabanı ot sahəsi ilə eyni tarazlıqdadır.

 

Bələdiyyələr və rayon ağsaqqalları da öz növbəsində rayonlarda aqrar sahəyə göstərilən diqqət və dəstəyə görə hörmətli prezidentimizə öz təşəkkürlərini bildiriblər.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü