Modern.az

Qarabağ məsələsi ATƏT-in illik konfransının gündəliyinə daxil edildi

 Qarabağ məsələsi ATƏT-in illik konfransının gündəliyinə daxil edildi

Aktual

28 İyun 2016, 09:48

 

Bu gün ATƏT-in Vyanadakı mənzil qərargahında təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans başlayır.

 

Modern.az xəbər verir ki, konfransın bir sessiyası ATƏT məkanındakı münaqişəli vəziyyətlər və onların regionda təhlükəsizliyə təsirinə həsr olunacaq.

 

Ən problemli ocaqlar arasında ayrıca sessiyanın həsr olunduğu Ukrayna ilə yanaşı, Dağlıq Qarabağ və Dnestryanını da var.

 

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, bu mövzularla əlaqədar "hələlik öyünməli heç nə yoxdur".

 

Bununla yanaşı ATƏT Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirələrindən sonra nəzərə çarpan "ehtiyatlı müsbət trend"in olduğunu da qeyd edir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü