Modern.az

ABŞ diplomatları Rusiyada addım-addım izlənilir

ABŞ diplomatları Rusiyada addım-addım izlənilir

Dünya

28 İyun 2016, 11:35

ABŞ Dövlət Departamentinin mətbuat katibi Elizabet Tryudo bəyan edib ki, onun ölkəsinin diplomatlarını Rusiyada xüsusi xidmət və yol polisi izləyir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tryudonun sözlərinə görə, son ilər Moskvada bu cür insidentlərin sayı kəskin artıb.

O qeyd edib ki, ABŞ bu faktlara beynəlxalq hüquq normaları çərçivəsində reaksiya verəcək. Bundan əvvəl “Washington Post” qəzeti yazıb ki, Rusiya kəşfiyyatı və təhlükəsizlik xidməti amerikalı diplomatları izləyir və onları qorxudur. Məlumatda qeyd edilirdi ki, ABŞ səfirliyinin əməkdaşları və onların ailələri Moskva ilə yanaşı, Avropa ölkələrinin paytaxtlarında da izlənilirlər.

Digər məlumata görə, amerikalı diplomatlar dövlət katibi Con Kerriyə sorğu göndərərək ondan Rusiya prezidenti Vladimir Putindən izləməni dayandırmasını xahiş etməsini istəyiblər.

Bəzi diplomatlar isə xəbər veriblər ki, Rusiya xüsusi xidməti gecələr onların evlərinə girərək mebelləri yerindən tərpədiblər, işıqları və televizoru söndürüb gediblər. Diplomatlar onu da qeyd ediblər ki, onların avtomobillərinin təkərlərində havanı boşaldırlar, yol polisi isə heç bir səbəb olmadan saxlayırlar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir