Modern.az

Azərbaycanda müəllimlər məzuniyyətə buraxıldılar

Azərbaycanda müəllimlər məzuniyyətə buraxıldılar

Təhsil

30 İyun 2016, 12:47

Bu il Azərbaycanın ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında da dəyişiklik edilib. Təhsil Nazirliyindən Modern.az-a bildirlib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən veriləcək.

Modern.az-ın məlumatına görə, bu gün bütün orta məktəblərdə müəllimlər üçün başa çatan dərs ilinin sonuncu iş günü olub. Beləliklə də orta məktəblər müəllimlər üçün də yay tətilinə bağlanıb.

Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq yay tətili dövründə verilir.

Qeyd edək ki, bu ilədək Azərbaycanda orta məktəblərdə tədris ili mayın 31-də başa çatıb, müəllimlər iyunun 16-dan və iyulun 1-dən olmaqla əmək məzuniyyətinə çıxıblar.

Bu ildən isə dərslər iyunun 14-də yekunlaşıb və müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən verilib.



Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü