Modern.az

Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək

Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək

Aktual

30 İyun 2016, 21:58

"AVRO-2016"da Polşa və Portuqaliya yığmaları arasında bu gün keçiriləcək 1/4 final matçında İstanbuldakı terror aktında həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, UEFA bununla bağlı qərar qəbul edib.

 

Qeyd edək ki, Polşa-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da Fransanın Marsel şəhərində keçiriləcək.

 

Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 44 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü