Modern.az

“Azay Quliyev ATƏT PA-da hörməti çoxdan qazanıb”

“Azay Quliyev ATƏT PA-da hörməti çoxdan qazanıb”

Parlament

5 İyul 2016, 14:23

“ATƏT Parlament Assembleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT tarixində ilk azərbaycanlı olaraq vitse-prezident vəzifəsinə seçildi. Azay Quliyev həm də yüksək səs topladığı üçün bu vəzifəni 3 illiyə icra edəcək. Çünki səs sayından asılı olaraq, vitse-prezident 1 ildən 3 ilə qədər vəzifəyə seçilir.
Hesab edirəm ki, bu, ATƏT Parlament Assembleyasındakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın çox böyük qələbəsidir”.

Bu sözləri Modern.az saytna ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili  deyib.

Deputat deyib ki, Azay Quliyevin seçilməsi üçün Azərbaycan nümayəndə heyəti çox iş gördü.

Tahir Mirkişilinin sözlərinə görə, bu seçimlə bir daha ATƏT-də Azərbaycanın nüfuzu və yeri təsdiqləndi:

“Azərbaycan, biz bu seçkilərdə qalib gəlmək üçün çox gərgin işlədik. Bu, eyni zamanda bir daha sübut etdi ki, ATƏT-in əksər üzvləri Azərbaycanın ədalətli mövqeyini və təşkilatda gördüyü işləri dəstəkləyir.
Bu seçim son günlər ATƏT PA-da təşkilatın digər üzvləri tərəfindən Azərbaycan nümayəndə heyətinə verilən dəstəyi sübut etdi.

Azay Quliyev uzun müddətdir ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi aktiv fəaliyyət göstərir, təşkilatın bütün prosedur qaydalarını dərindən bilir.

Ümumiyyətlə, Azay Quliyev ATƏT PA-da fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycanın haqlı mövqeyini təşkilatın üzv dövlətlərinə, nümayəndələrinə çatdırmaqla oradakı deputatların və digər yüksək vəzifəli şəxslərin hörmətini qazanıb”.

Deputat ATƏT-in və ATƏT PA-nın dünyada və regionda bu günkü nüfuzu prizmasında bu seçimdən sonra Azərbaycana verəcəyi töhfəni açıqlayıb:

“ATƏT bu gün dünyada ən böyük regional beynəlxalq təşkilatdır. ATƏT-in rəsmi qurumu bu gün Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli ilə yanaşı, ölkəmizlə bağlı digər layihələrdə də yaxından iştirak edir.

ATƏT böyük regionu əhatə etdiyinə görə artıq bundan sonra Azərbaycanın haqq səsini, ədalətli mövqeyini daha da effektli şəkildə çatdırmağa imkan verəcək.

Azərbaycanın hazırkı xarici siyasət kursu daha çox regional xarakter daşıyır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr region ölkələrinin daha çox diqqətini cəlb edir.

Cənab prezidentin humanizm, multikultiralizm prinsiplərini ölkənin inkişafında əsas götürməsi və bu prinsipləri bütün ölkələrdə tətbiq etməyə çağırması Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin nümunə kimi göstərilməsinə səbəb olub.

Bu baxımdan ölkəmizin tutduğu siyasi yol həm də iqtisadi və strateji xətdə təklif etdiyi ideyalar, verdiyi töhfələr nəinki Azərbaycan, bötüvlükdə ATƏT regionundakı ölkələr arasında etimad mühitinin yaranmasına xidmət edir.

Məhz bu baxımdan azərbaycanlı deputat Azay Quliyevin ATƏT Parlament Assembleyasının vitse-prezidenti vəzifəsinə seçilməsi və təmsil olunması yaxın gələcəkdə ATƏT-də Azərbaycan mövqelərinin qəbul olunması deməkdir.
Belə bir böyük qəlbə münasibəti ilə hər birimizi təbrik edirəm”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır