Modern.az

İrandan Azərbaycan narkotik gətirən şəxs saxlanıldı

İrandan Azərbaycan narkotik gətirən şəxs saxlanıldı

Aktual

23 İyul 2016, 11:32

İrandan Azərbaycana gələn şəxsdə heroin aşkar olunub.

 

Modern.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7.208 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı