Modern.az

Bu qadın Ukraynanın diktatoru olmaq istəyir

Bu qadın Ukraynanın diktatoru olmaq istəyir

Aktual

23 İyul 2016, 14:00

Donbasda jurnalistləri öldürdüyü iddiası ilə Rusiyada məhkum edilən, bir müddət əvvəl Ukraynaya geri qaytarılan Nadejda Savçenko yenə prezident olmaq istəmədiyini, ancaq bunu etməyin lazım olduğunu bəyan edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, o özü də hesab edir ki, diktator olmağa borcludur.

“Mən cavab vermişdim ki, istəmirəm, ancaq belə cavab da vermişəm ki, bacararam. İndi isə cavab verəcəyəm, yəqin ki, artıq olmalıdır”, - o, özünün prezidentliklə bağlı planlarını şərh edərkən vurğulayıb.

 

Onun fikrincə, prezidentin səlahiyyətlərini, ölkənin strukturunu dəyişmək, qanunlarıninsanlar üçün fəaliyyət göstərməsinə yenidən başlanması, korrupsiya ilə mübarizə üçün diktator olmaq, hər şeyi öz əlində saxlamaq lazımdır. Bu hakimiyyəti xalqa qaytarmaqdan ötrü diktator olmaq lazımdır ki, bir daha heç vaxt hakimiyyəti xalqdan almasınlar.

 

Savçenko tez-tez birmənalı olmayan bəyanatlarla çıxış edir. Məsələn, bir müddət əvvəl deyirdi ki, Ukraynada inqilabın təşkilatçısı olacaq, Ukraynanı xilas edəcək adama ərə gedəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü