Modern.az

Qiyamçılara Ərdoğanı sağ ələ keçirmək tapşırılıb

Qiyamçılara Ərdoğanı sağ ələ keçirmək tapşırılıb

Aktual

26 İyul 2016, 21:59

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Marmarisdəki otelə hücum zamanı qiyamçılara prezident Rəcəb Tayyib Ərdoğanı sağ ələ keçirmək əmri verilib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda dövlət çevrilişinə cəhddə iştirakına görə şübhəli bilinən İstanbuldakı hərbi akademiyanın müdavimi Mehmet Cantaz xəbər verib.

Saxlanılanın sözlərinə görə, bu haqda əməliyyatdan əvvəl 27 nəfərlik dəstənin üzvləri məlumatlandırılıblar: “Yeşile hərbi-hava bazasında bizə hazırlıq vəziyyətində olmaq tapşırılıb”.

Müdavim qeyd edib ki, onun Türkiyə hakimiyyətinin dövlət çevrilişinə cəhddə ittiham etdiyi islamçı müxalif vaiz Fətullah Gülənin fəaliyyətinə aidiyyəti yoxdur. Cantaz onu da iddia edir ki, hərbçilər Marmarisə yollanmaq əmrini baş qərargah rəisindən alıblar, bununla belə, tapşırığın məqsədi onlara bəlli olmayıb.

Türkiyədə dövlət çevrilişinə cəhd iyulun 15-də axşam baş verib. Qiyamçılar Ankara və İstanbulun küçələrinə hərbi texnika çıxararaq vacib hərbi obyektlərə hücum ediblər. Ancaq güc strukturlarının böyük əksəriyyəti hakimiyyətə sadiqlik nümayiş etdirib, üsyan yatırılıb.

Çevrilişə cəhd zamanı ümumilikdə 246 nəfər həlak olub.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı