Modern.az

“SOCAR Türkiye”nin 27 əməkdaşı işdən çıxarıldı

“SOCAR Türkiye”nin 27 əməkdaşı işdən çıxarıldı

Aktual

28 İyul 2016, 15:04

Petkim Petrokimya Holding A.Ş."-nin departamentlərindən ümumi 27 nəfər işdən çıxarılıb”.

Modern.az-ın xəbərinə görə, bunu "SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyib.

O bildirib ki, "SOCAR Türkiye" isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla sağollaşıb.

 Xatırladaq ki, "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut dünən saxlanılıb.

 

Korkut həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib. Onun yerinə SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov gətirilib.

 

Holdinqdə  onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.

 

Ümumilikdə, faktla bağlı 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib.

 

Onların işdən uzaqlaşdırılmasına səbəb Fətullah Gülənin təşkilatı ilə əlaqələrinin olmasıdır.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü