Modern.az

Bakıda beynəlxalq sənədli film festivalı keçiriləcək - MÜSABİQƏ

Bakıda beynəlxalq sənədli film festivalı keçiriləcək - MÜSABİQƏ

Aktual

28 İyul 2016, 17:27

Dünya Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə Türk Dünyası 1-ci Beynəlxalq Belgesel Film festivalı keçiriləcək.

 

Bu barədə Modern.az-a açıqlamasında  Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir deyib.

 

Türk xalqları mədəniyyətinə, həyatına aid olacaq film festivalı Türkiyə Azərbaycan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti başda olmaqla Tatarıstan, Tuva, Şimali Türküstan, Krım, Altay, Başqırdıstan, Çuvaşıstan, Qaqauzlar , Çeçenistan kimi muxtar respublikalar da iştirak edəcəklər.

 

Film festivalının qala və mükafatlandırma mərasimləri 23-24 oktyabrda İstanbulda baş tutacaq.

Film nümayişləri Qazaxıstanın Almata, Azərbaycanın Bakı və Türkiyənin Niğde şəhərində baş tutacaq.

 

Film festivalının mükafat fondu belədir:

- 1-ci yer: 15 min türk lirəsi

- 2-ci yer 10 min türk lirəsi

- 3-cü yer 7 min türk lirəsi

 

Film festivalı ilə bağlı ətraflı məlumat almaq üçün www.tgdf1.com  saytına daxil olmaqla əldə etmək olar.

Yarışmaya müraciət üçün son tarix 12 avqust 2016-cı il müəyyən olunub. Müraciətlər Dünya

 

Ünvan: Qazi Mustafa Kamal Bulvarı, İka Apartmanı Nömrə 7-ci qat, dairə 13, Ankara Türkiyə

E mail: tdff2016@gmail.com

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı