Modern.az

5 ölkənin xarici işlər nazirləri Qarabağ üçün toplaşacaq

5 ölkənin xarici işlər nazirləri Qarabağ üçün toplaşacaq

Qarabağ

2 Avqust 2016, 12:00

 “Mən bilirəm ki, avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Con Kerri vəv Jan-Mark Eyro ilə görüşəcək”.

 

Modern.az xəbər verir ki, bu barədə amerikalı konqresmen Cim Kosta Ermənistan mediasına açıqlamasında deyib.

 

Onun sözlərinə görə, münaqişə tərəflərinin və ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin baş diplomatları münaqişənin yekun həll yollarını müzakirə edəcək.

 

“Bildiyim qədər ilə Dövlət katibi Con Kerri Qarabağ münaqişəsini həll etməyi çox istəyir. O, apreldə baş verən döyüşlərin yenidən bərpa olunması ehtimalından narahatdır. İnanıram ki, noyabrda ABŞ-da baş tutacaq prezident seçkilərinə qədər Con Kerri münaqişəni həll edə biləcək”.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü