Modern.az

Magistraturaların boş yerlərinə qəbulun nəticələri açıqlandı

Magistraturaların boş yerlərinə qəbulun nəticələri açıqlandı

Təhsil

15 Avqust 2016, 17:56

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Modern.az-a Tələbə Qəbul üzrə Dövlət Komissiyasından (TQDK) məluma verilib.

Məlumata görə, magistraturanın boş qalan 2 890 plan yerinin müsabiqəsində iştirak etmək üçün 605 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 305 nəfər magistratura səviyyəsinə qəbul olunub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq. 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır