Modern.az

Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat edib

Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat edib

Allah rəhmət eləsi̇n

16 Avqust 2016, 15:39

Avqustun 16-da əməkdar mədəniyyət işçisi Vaqif Baba oğlu Babayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Vaqif Bababyev 5 mart 1943-cü il tarixində Bakı şəhərində anadan olub. O, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıbr. V.Babayev müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Əlcəzair Demokratik Xalq Respublikasının Milli Musiqi İnstitutunda, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim vəzifələrində çalışıb.
O, uzun müddət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri vəzifəsində işləyib. 2013-cü ildə “Əməkdar mədəniyyət işçisi” mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır