Modern.az

Naxçıvana keçən erməni geri qaytarıldı

Naxçıvana keçən erməni geri qaytarıldı

23 Avqust 2016, 20:03

Bu gün saat 18 radələrində Naxçıvan Muxtar Respublikasının ərazisinə keçən Ermənistan vətəndaşı Henrix Aqekyan geri qaytarılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, 61 yaşlı Ararat vilayətinin Ayqepat kənd sakini sərhədi bir həftədən çoxdur keçmişdi.

 

Azərbaycan tərəfi Aqekyanın saxlanılması haqda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə avqustun 15-də məlumat verib. Ermənistan tərəfinin iddiasına görə, onun psixoloji problemi olub və əvvəllər də evdən yoxa çıxıb.

 

Bu dəfə onun Naxçıvana keçməzdən bir həftə əvvəl evdən getdiyi bildirilirdi. Geri qaytarılan Henrix Aqekyanın səhhətinin normal olduğu vurğulanır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü