Modern.az

İrandan Azərbaycana gələn şəxs narkotiklə yaxalandı

İrandan Azərbaycana gələn şəxs narkotiklə yaxalandı

Aktual

24 Avqust 2016, 11:39

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

 

Bu barədə məlumat Modern.az-a Dövlət Gömrük Komitəsindən (DGK) verilib.

 

Yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı