Modern.az

Keçmiş birinci ledinin deputatlığa namizədlyi təsdiqləndi

Keçmiş birinci ledinin deputatlığa namizədlyi təsdiqləndi

Dünya

25 Avqust 2016, 20:03

Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru Mixali Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs “Vahid milli hərəkat” (VMH) partiyasının parlament seçkiləri ilə bağlı siyahısında ikinci yerdə elan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün partiyanın mərkəzi ofisində keçirilən tədbirdə siyahıda adı birinci olan, baş katib David Bakradze keçmiş birinci ledinin siyasi həyata qoşulduğunu bəyan edib.

“Mən mübarizəyə hazıram və bizim qələbəmizə inanıram. Mən seçicilərimzə güvənirəm, onlar səslərini verəcəklər, çünki Gürcüstannın tərəqqisinə və çiçəklənməsini istəyirlər”, - Rulofs deyib.

O, partiyanın ofisinə birinci dəfə gəldiyini etiraf edərək əvvəllər siyasi həyatdan uzaq olduğunu vurğulayıb.

Rulofs majoraitar sistem üzrə partiyanın Zuqdidi rayonundan yeganə namizədidir.

Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü