Modern.az

Özbəkistan prezidentinin qızından atası ilə bağlı növbəti AÇIQLAMA

Özbəkistan prezidentinin qızından atası ilə bağlı növbəti AÇIQLAMA

Dünya

31 Avqust 2016, 14:42

Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova ölkə vətəndaşlarını 1 sentyabr müstəqillik günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, prezident qızı İnstagram vasitəsilə hazırda reanimasiyada olan atası İslam Kərimovun sağalmasına dua edən şəxslərə də təşəkkür edib.

 

“Bütün soydaşlarımı müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Həmçinin fürsətdən istifadə edərək prezidentimizin ünvanına xoş, səmimi sözlər deyən, onun tezliklə sağalmasını arzulayan hər kəsə minnətdarlığımı bildirirəm”.

 

İslam Kərimovun sağlamlığında yaranan problemdən dolayı Özbəkistanda müstəqillik günü təmtəraqlı keçirilmir.

 

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı