Modern.az

"Azərbaycandakı "fətullahçılar"a qarşı zəruri addımlar atılacaq"

"Azərbaycandakı "fətullahçılar"a qarşı zəruri addımlar atılacaq"

Aktual

31 Avqust 2016, 15:13

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun avqustun 31-də Türkiyə Respublikasına səfəri başlayıb.

Ankarada nazir Ramil Usubov ilə Türkiyənin daxili işlər naziri Efkan Ala arasında görüş olub. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

"Azərbaycan və Türkiyənin ortaq mövzularından biri də terrora qarşı birgə mübarizədir".

Trend-in "İhlas" agentliynə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala azərbaycanlı həmkarı Ramil Usubovla Ankarada keçirdiyi görüşdə bildirib.

Ə.Ala qeyd edib ki, Azərbaycan və Türkiyə terror təşkilatlarına qarşı mübarizə sahəsində əməkdaşlıq edir: "FETÖ terror təşkilatının Türkiyə ərazisində yox edilməsi üçün də işbirliyimiz davam edir".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə gələcəkdə də bu kimi məsələlərdə məlumat mübadiləsi etməklə yanaşı, eyni mövqedən çıxış edəcəklər.

Azərbaycanın daxili işlər naziri R.Usubov isə deyib ki, FETÖ terror təşkilatının Azərbaycanda olan üzvlərinə qarşı bundan sonra da zəruri addımlar atılacaq: "Bundan sonra da bu problemin həlli üçün üzərimizə düşən işi yüksək səviyyədə yerinə yetirəcəyik".


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü