Modern.az

Məzahir Pənahov qəza keçirdi, alnı zədələndi - FOTO

Məzahir Pənahov qəza keçirdi, alnı zədələndi - FOTO

Aktual

31 Avqust 2016, 16:25

MSK sədri, professor Məzahir Pənahov bu gün səhər saatlarında ciddi bir qəza keçirdib. Belə ki, hadisə şahidlərinin deməsinə görə, tədbir üçün Bakı Bulvar hotelə gələn MSK sədri dalğınlığı üzündən özünü açıq bildiyi şüşə qapıya çırpıb. Bu zaman onun baş nahiyəsi bərk şəkildə şüşə qapıya dəyib, nəticədə alnının sol tərəfi gözlə görünən şəkildə zədə alıb. 

 

Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, tədbirdə professor M. Pənahov giriş nitqində və daha sonra müşavirəni apararkən nitqindəki qırıqlıq və buraxdığı səhvlərlə hər kəsi heyrətləndirib...İndi məlum olur ki, adətən səlis danışan, nitqində səhvlər buraxmayan MSK sədri müşavirədən cəmisi bir neçə dəqiqə əvvəl qəza ilə başını şüşə qapıya 

çırpıbmış. Aldığı sarsıdıcı zərbəyə baxmayaraq, MSK sədri seminar-müşavirənin işində sona qədər iştirak edib.     

 

Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı